Gundemxeber.az » Dünya » Latviya Ermənistandan göndərilən yaşıl çayı Avropaya buraxmadı
Latviya Qida və Baytarlıq Xidməti (FVS) Ermənistandan gətirilən 57,6 kq yaşıl çay partiyasında Aİ-də qadağan olunmuş pestisid aşkar edildiyini bildirib.
Gundemxebertv.com xəbər verir ki, laboratoriya testləri həmçinin iki digər pestisidlərin icazə verilən səviyyələrini aşdığını aşkar edib.
8810 nömrəli partiyada Aİ-də istifadəsinə icazə verilməyən tolfenpirad olduğu bildirilib.
Bundan əlavə, lambda-sihalotrin və tiametoksam səviyyələrinin icazə verilən maksimum səviyyələri aşdığı qeyd edilib.
Yoxlamadan sonra göndərilən məhsulun Aİ-yə daxil olmasına icazə verilməyib. Agentlik bildirib ki, bu partiyanın paylanması qadağandır: məhsullar məhv edilməli və ya Aİ xaricindəki bir ölkəyə göndərilməlidir.
22-10-2013, 10:58
7-08-2026, 18:04
20-06-2020, 11:46
3-10-2025, 13:04
29-06-2020, 13:37
Sorğu
Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?