Gundemxeber.az » Dünya » Britaniya kral ailəsinin həkimi müəmmalı şəkildə öldü
Britaniya kral ailəsinin terapevti Hanna Terri İngiltərənin şərqindəki Norfolk qraflığında, Sandrinqem malikanəsinin yaxınlığındakı evində ölü tapılıb.
Gundemxebertv.com xəbər verir ki, bu barədə "The Sun" qəzeti məlumat yayıb.
Qəzetin məlumatına görə, 45 yaşlı Terrinin meyiti oktyabrın 4-də aşkarlanıb. Bildirilir ki, qadın küt əşyanın başına vurulması nəticəsində ölüb. Hazırda onun əri Mark Keyn qətldə şübhəli bilinir. O, daha əvvəl hüquq-mühafizə orqanlarının əməkdaşları tərəfindən saxlanılıb.
Nəşr qeyd edir ki, Hanna Terri Sandrinqem malikanəsində olduğu müddətdə kral ailəsinin yüksəkvəzifəli üzvlərini müalicə edib.
Qəzetin mənbələrinin sözlərinə görə, Böyük Britaniya Kralı III Çarlza və Kraliça Kamillaya Terrinin ölümü barədə məlumat verilib.
27-11-2014, 23:58
4-02-2019, 13:38
19-08-2026, 13:45
3-09-2026, 20:48
9-09-2022, 09:22
Sorğu
Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?