Gundemxeber.az » Dünya » İspaniyanın Baş naziri parlamenti buraxdı - Səbəbi isə...
İspaniyanın Baş naziri Pedro Sançes mənzil şəraiti ilə bağlı etirazlar dalğası fonunda parlamenti buraxıb və 29 noyabr üçün növbədənkənar ümumi seçkilər təyin edib.
Gundemxebertv.com xəbər verir ki, bu barədə xarici mətbuat yazır.
Sançesin sözlərinə görə, hökumət "son dərəcə bölünmüş" bir parlamentlə, eləcə də İspaniyanın gələcəyinə təsir etmək istəyən, lakin seçicilərin dəstəyindən məhrum olan "güclü iqtisadi və sosial elita" ilə qarşılaşmalı olub. Onun fikrincə, hakimiyyət məsuliyyəti öz üzərinə götürmək istəməyən "tarixin ən pis müxalifəti" ilə işləyir.
Oktyabrın 2-də ölkə parlamenti mənzil böhranı ilə mübarizə aparmaq üçün hökumət qanun layihələrini rədd edib. Təşəbbüslərə 2030-cu ilə qədər həssas kirayəçilərin evdən çıxarılmasına moratorium qoyulması və icarə müddətlərinin uzadılması daxil idi.
İspaniyada mənzillə bağlı siyasi böhran 87 yaşlı əlil qadının evdən çıxarılmasından sonra daha da şiddətlənib və bu da küçə nümayişlərinə və Madridin mərkəzində etiraz düşərgəsinin yaradılmasına səbəb olub. 3 oktyabrda paytaxtda və ölkənin digər şəhərlərində yüksək mənzil qiymətlərinə qarşı kütləvi etirazlar keçirilib.
8-11-2018, 16:27
30-10-2025, 22:35
20-11-2025, 13:18
19-06-2025, 21:25
9-12-2019, 17:17
Sorğu
Yeni dizaynımız necədir?