Gundemxeber.az » Dünya » Britaniyada təhlükəli virus yayılıb
2026-cı ildə Böyük Britaniyada ev heyvanları, o cümlədən iribuynuzlu mal-qara üçün təhlükəli olan, qızdırma və şişkinliyə səbəb olmaqla yanaşı, selikli qişaları zədələyən virus infeksiyası – göy dil xəstəliyinin (blutong) yayılması qeydə alınıb.
Gundemxebertv.com xarici mətbuata istinadən xəbər verir ki, britaniyalı fermerlər göy dil xəstəliyinin tarixdəki ən ağır mövsümünü yaşadıqlarını qeyd ediblər.
Qeyd olunur ki, 2026-cı ilin iyul ayının əvvəlindən etibarən göy dil xəstəliyinə 2 mindən çox yoluxma halı qeydə alınıb. Onların yarıdan çoxu sentyabr ayında aşkarlanıb.
Bildirilir ki, əsasən Afrikada yayılan virus ilk dəfə 2023-cü ildə Böyük Britaniyada aşkarlanıb. Nəşrin məlumatına görə, xəstəliyin yayılması iqlim dəyişikliyi və göy dil virusunu mal-qaraya keçirən ağcaqanadların çoxalması ilə əlaqələndirilir. Bu xəstəlik insanlar üçün təhlükə yaratmır.
30-05-2013, 13:54
1-06-2013, 03:13
4-06-2020, 10:08
1-02-2014, 14:46
11-05-2020, 17:44
Sorğu
Yeni dizaynımız necədir?