Gundemxeber.az » Dünya » "İkinci pilot terrorçu və ya dəli olub" - Tramp
"Flydubai" təyyarəsini əvvəllər heç vaxt təyyarədə uçmamış israilli santexnik xilas edib.
Gundemxebertv.com xəbər verir ki, bunu ABŞ Prezidenti Donald Tramp Ağ Evdə jurnalistlərin suallarını cavablandırarkən deyib.
"Mən bu hadisə ilə bağlı Bibi (İsrailin Baş naziri Binyamin Netanyahu - red.) ilə danışdım. Görünür, ikinci pilot terrorçu və ya dəli olub və kapitanı bıçaqlayıb", - Tramp açıqlayıb.
Onun sözlərinə görə, əvvəllər heç vaxt təyyarədə uçmamış israilli santexnik oğlanı oturacağından çəkərək geri atıb, sükanı ələ keçirib: "Eşitdiyim hekayə budur. Doğru olub-olmadığını bilmirəm, amma Bibi və bir neçə nəfərdən eşitdiyim hadisə budur".
11-10-2018, 10:42
12-12-2018, 13:13
22-09-2017, 23:13
19-05-2026, 21:50
11-08-2026, 00:58
Sorğu
Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?