Gundemxeber.az » Dünya » "Biz heç vaxt başımızı əyməyəcəyik" - Pezeşkian
İran Prezidenti Məsud Pezeşkian ölkəsinə qarşı tətbiq edilən sanksiyaların əsas zərbəsinin əhalinin həssas təbəqələrinə dəydiyini bildirib.
Gundemxeber.org xəbər verir ki, o, bunu BMT-nin Baş Assambleyasının 81-ci sessiyasında Yüksəksəviyyəli Müzakirələr zamanı çıxışında deyib.
“İran sanksiyalara məruz qalır. Xəstələr, günahsız insanlar, yoxsullar və cəmiyyətimizin ən həssas təbəqələri bu sanksiyaların hədəfinə çevrilirlər”, – deyə İran Prezidenti vurğulayıb.
Pezeşkianın sözlərinə görə, sülh və sabitlik üçün bütün ölkələrə münasibətdə eyni standart tətbiq edilməlidir: “İran xüsusi münasibət istəmir. Biz bərabər hüquqlar istəyirik və bununla yanaşı, üzərimizə düşən məsuliyyəti də qəbul edirik”.
İran Prezidenti əlavə edib ki, sanksiyaların və təzyiqlərin artırılması ölkəsinin mövqeyini dəyişməyəcək: “Sanksiyalar, artan təzyiq və güc dili qarşısında İran xalqının müqaviməti yalnız artacaq. Biz heç vaxt başımızı əyməyəcəyik”.
31-10-2018, 15:05
7-04-2021, 14:22
7-05-2026, 22:00
24-09-2026, 06:48
23-09-2026, 21:39
Sorğu
Yeni dizaynımız necədir?