Gundemxeber.az » Dünya » Şimali Koreya yeni raket silahlarını sınaqdan keçirdi
Şimali Koreya özünün ən son raket sistemini uğurla sınaqdan keçirib.
Gundemxeber.org xəbər verir ki, bu barədə Pxenyanın Koreya Mərkəzi Xəbər Agentliyi (KCNA) məlumat yayıb.
"Silah sistemləri texnologiyasının inkişafında həlledici əhəmiyyət kəsb edən" sınaqlar KXDR-in Baş Raket İnkişafı Agentliyi tərəfindən aparılıb. Bəyanatda onların qonşu ölkələrin təhlükəsizliyinə heç bir mənfi təsiri olmadığı vurğulanıb.
Sınaqlarda iştirak edən Şimali Koreya lideri Kim Çen Inın sözlərinə görə, bu, ölkənin müdafiə sahəsində danılmaz qabaqcıl texniki potensialının nümayişi və ölkənin silahlı qüvvələrinin modernləşdirilməsində əhəmiyyətli bir irəliləyişdir.
16-08-2019, 19:35
21-03-2016, 14:45
17-12-2014, 10:59
21-04-2018, 15:35
13-02-2017, 00:33
Sorğu
Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?