Gundemxeber.az » Dünya » Bu qoç 1 milyon dollara satıldı
"Araşan" (Arashan - rəsmi olaraq Qırğızıstanda yetişdirilmiş və qeydiyyata alınmış yeni ətlik-piylik (ət-yağlı) qoyun cinsidir, - red) cinsindən olan bir qoç Qırğızıstanda 1 milyon dollara satılıb.
Gundemxeber.org xəbər verir ki, Qırğızıstan Kənd Təsərrüfatı Nazirliyinin məlumatına görə, Rusiya, Qırğızıstan, Qazaxıstan, Özbəkistan və Tacikistan fermerlərinin qatıldığı beynəlxalq festivalda böyük bir müqavilə imzalanıb. Tədbir "Araşan" cinsinin inkişafına həsr olunub.
Heyvan 2023-cü ildə Qazaxıstandan 150.000 dollara alınan Frankel adlı bir qoçun nəslindəndir.Cins rəsmi olaraq 2021-ci ildə Qırğızıstanda qeydiyyata alınıb. İnkişaf 1970-ci illərdə Çuy bölgəsindəki Maşın Sınaq Stansiyasında başlayıb. Festivalda Tacikistandan gətirilən Hisar qoçları və yerli qaba yunlu qoyunlar iştirak edib.
Kənd Təsərrüfatı Nazirliyinin məlumatına görə, "Araşan" qoyunları yüksək məhsuldarlığı, yumşaq, şirəli əti və yağlı quyruğu ilə seçilir. Cins yüksək hündürlük və düzənlik çöl şəraitinə uyğunlaşıb.
9-10-2020, 13:00
28-07-2016, 21:18
17-08-2019, 19:41
19-06-2013, 14:49
12-12-2016, 19:57
Sorğu
Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?