Gundemxeber.az » İdman » Murad Fətiyev dünya çempionatında bürünc medal qazandı
Azərbaycan cüdoçusu Murad Fətiyev (90 kq) Bakıda keçirilən dünya çempionatında bürünc medal qazanıb.
Gundemxebertv.com xəbər verir ki, idmançı bürünc medal uğrunda görüşdə serbiyalı Nemanya Maydovu məğlub edib.
İdmançılarımız günü bir bürünc medalla başa vurublar. Bu gün mübarizəyə qoşulan Südabə Ağayeva (70 kq), Elcan Hacıyev, və Süleyman Şükürovun (hər ikisi 90 kq) çıxışları uğursuz alınıb.
Daha əvvəl Azərbaycan təmsilçilərindən Əhməd Yusifov (60 kq) qızıl, Zelim Tçkayev (81 kq) gümüş, Rəşid Məmmədəliyev (73 kq) və Ömər Rəcəbli (81 kq) bürünc medal qazanıblar.
Milli Gimnastika Arenasında təşkil olunan mundial oktyabrın 11-də başa çatacaq.
27-09-2019, 15:01
4-02-2014, 21:19
12-08-2013, 10:41
4-03-2014, 10:46
17-02-2020, 10:44
Sorğu
Yeni dizaynımız necədir?