Gundemxeber.az » İdman » Ronaldo ilə bağlı yekun qərar veriləcək
Portuqaliya Futbol Federasiyası Kriştianu Ronaldunun milli komandada vida matçının keçirilməsi ilə bağlı hazırda danışıqlar aparmır.
Gundemxebertv.com xəbər verir ki, bu barədə Portuqaliyanın “Record” nəşri məlumat yayıb.
Mənbənin məlumatına görə, federasiya yekun qərarı UEFA Millətlər Liqasının IV turunda Portuqaliya və Norveç yığmaları arasında keçiriləcək qarşılaşmadan sonra verəcək.
Bundan əvvəl “Noticias ao Minuto” portalı Fransanın “L'Equipe” nəşrinə istinadən Portuqaliya Futbol Federasiyasının Ronaldunun milli komandadakı vida matçının təşkili ilə bağlı danışıqlar apardığını bildirmişdi.
Daha əvvəl Ronaldo Millətlər Liqasının qrup mərhələsinin III turunda Danimarka ilə keçirilən və Portuqaliyanın 4:2 hesablı qələbəsi ilə başa çatan oyundan əvvəl milli komandanın düşərgəsini tərk edib. Hücumçu bu qərarının səbəbləri barədə gələcəkdə danışacağını bildirib. O, Norveçlə II turun oyununda da (2:1) meydana çıxmayıb.
Məlumata görə, Portuqaliya Futbol Federasiyasının nümayəndələri gələn həftə Ronaldo ilə görüş keçirəcək və futbolçu ilə milli komandanın baş məşqçisi Jorje Jezuş arasında münasibətlərin yaxşılaşdırılmasına çalışacaqlar.
22-10-2020, 20:24
30-09-2026, 10:17
7-07-2013, 22:31
10-10-2018, 11:48
21-10-2019, 23:13
Sorğu
Hansı Antivirusdan istiafdə edirsiniz?