Gundemxeber.az » İdman » İtaliyadan vətənə qızıl medalla qayıdacaqlar
İtaliyanın Pezaro şəhərində akrobatika gimnastikası üzrə dünya çempionatı keçirilib.
Gundemxebertv.com xəbər verir ki, yarışda Azərbaycanı təmsil edən qadın qrupu uğurlu nəticə göstərib. Anahita Bashiri, Zəhra Rəşidova və Nəzrin Zeyniyeva temp hərəkətləri proqramında 28.580 xal toplayaraq bütün rəqiblərini qabaqlayıb və qızıl medal qazanıblar.
Beləliklə, Azərbaycan gimnastları dünya çempionu tituluna yiyələniblər.
Kişilər arasında mübarizədə isə Murad Rəfiyev və Daniel Abbasov balans hərəkətləri proqramında 28.950 xal toplayaraq bürünc medal əldə ediblər.
4-02-2014, 21:19
17-12-2012, 13:14
28-03-2014, 09:23
23-08-2026, 13:19
29-05-2016, 15:28
Sorğu
Yay istirahətini harada keçirmək niyyətindəsiniz?