Gundemxeber.az » Ölkə » Mədəniyyət » Dünyanın ən yaraşıqlı kişisi seçildi
Beynəlxalq kişilər arasında keçirilən "Mister Global 2026" gözəllik müsabiqəsinin finalı Tailandın Nontaburi şəhərində baş tutub.
Gundemxebertv.com xəbər verir ki, dünyanın müxtəlif ölkələrindən olan iştirakçıların qatıldığı yarışmada Türkiyəni təmsil edən Dilhan Divrikli münsiflərin qiymətləndirməsindən sonra qalib elan edilib.
Təxminən 10 gün davam edən qiymətləndirmə prosesindən sonra Divrikli finala yüksəlib və Nigeriya təmsilçisi Bethel Mbamara və Filippin təmsilçisi MJ Ordillano ilə yarışıb. Türk model finalda rəqiblərini üstələyərək "Mister Global 2026" titulunu qazanıb.
Daha əvvəl "Top Model of Turkey 2026" yarışmasında birinci yeri tutan Dilhan Divrikli beynəlxalq səhnədəki uğurları ilə Türkiyədə diqqət çəkib. Ailə kökləri Afyonkarahisarın Emirdağ rayonundan olan Divrikli Belçikanın paytaxtı Brüsseldə yaşayır. Dörd dildə danışdığı deyilən gənc model modelliklə yanaşı, aktyorluqla da maraqlanır.
17-12-2018, 16:33
25-11-2013, 13:20
10-05-2017, 22:55
24-10-2013, 13:59
10-08-2018, 20:53
Sorğu
Yay istirahətini harada keçirmək niyyətindəsiniz?