Gundemxeber.az » Ölkə » Kirminal » Azərbaycanda evlərdən qadın paltarları oğurlayan kişi həbs olundu
Ağsuda evlərdən oğurluq edən həbs olunub.
Gundemxebertv.com modern-ə istinadən xəbər verir ki, hadisə şəhərin Hacı Zeynabalabdin Tağıyev və N. Tağızadə küçələrində qeydə alınıb.
35 yaşlı Oruc Şikarov (şərti adla) ayrı-ayrı vaxtlarda gecə saatlarında oğurluq etmək məqsədilə bu küçələrdə əlverişli şərait axtarıb. Nəticədə o, 2 evdə yaşayış olmadığını görüb. Beləcə evlərə qanunsuz daxil olaraq, qarət edib.
Oruc Şikarov ilk daxil olduğu evdən zərərçəkənin anasına hədiyyə aldığı 200 manatlıq paltonu oğurlayıb. Digər evdə də qadın paltarlarına üstünlük verib. O, qadın ayaqqabıları, alt paltarları, donlar, uşaq geyimləri, masa süfrələri, yataq dəstləri, həmçinin mətbəx əşyalarını götürərək ev sahibinə ümumilikdə 880 manat ziyan vurub.
Fakt əsasında O. Şikarov saxlanılıb və barəsində cinayət işi açılıb.
Təqsirləndirilən şəxs bundan əvvəl də oğurluğa görə həbs olunduğunu, lakin amnistiya qərarı ilə əfv olunduğunu deyib. Onun sözlərinə görə, oğurladığı paltarları Ağsu bazarında satıcı işləyən xanıma satıb. Şikarov əməlindən peşman olduğunu və zərərçəkənlərə vurduğu ziyanı ödədiyini bildirərək, barəsində həbslə bağlı olmayan cəza verilməsini istəyib.
Lakin zərərçəkənlər dəymiş ziyanın ödənilmədiyini deyiblər. Onlar Oruca veriləcək cəza qərarını məhkəmənin ixtiyarına buraxdıqlarını dilə gətiriblər.
Məhkəmənin qərarı ilə O. Şikarov 3 il 9 ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum olunub.
6-08-2026, 22:08
5-05-2021, 15:45
1-05-2015, 10:59
24-10-2018, 19:16
8-07-2013, 14:35
Sorğu
Yeni dizaynımız necədir?