Gundemxeber.az » Ölkə » Kirminal » Azərbaycana 6 kq-dan artıq narkotik vasitə keçirmək istədilər
Azərbaycana narkotik vasitənin keçirilməsinin qarşısı alınıb.
Bu barədə Dövlət Sərhəd Xidmətindən (DSX) məlumat verilib.
DSX-nin Sərhəd Qoşunları Komandanlığının "Göytəpə" sərhəd dəstəsinin xidməti ərazisində keçirilmiş sərhəd axtarışı və əməliyyat tədbirləri nəticəsində sentyabr ayının 30-da ümumi çəkisi 6 kiloqram 205 qram narkotik vasitə, oktyabr ayının 2-də isə "Horadiz" sərhəd dəstəsinin xidməti ərazisində 1160 ədəd psixotrop tərkibli Pregabalin - 150 həbi aşkar olunaraq qanunsuz dövriyyədən çıxarılıb.
Faktlar üzrə əməliyyat-istintaq tədbirləri davam etdirilir.
11-08-2026, 10:37
24-08-2026, 11:31
10-09-2026, 13:55
26-08-2025, 16:21
28-07-2020, 11:21
Sorğu
Yay istirahətini harada keçirmək niyyətindəsiniz?