Gundemxeber.az » Ölkə » Kirminal » Saleh Səmədova 9 il həbs istənildi
Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində Dövlət Təhlükəsizliyi Xidməti (DTX) tərəfindən saxlanılan İmişli Rayon Ağsaqqallar Şurasının keçmiş sədri Saleh Səmədovun cinayət işi üzrə məhkəmə iclası keçirilib.
Gundemxebertv.com Apa-ya istinadən xəbər verir ki, məhkəmə tərkibi məhkəmə istintaqının tamamlandığını elan edib.
Daha sonra çıxış edən dövlət ittihamçısı təqsirləndirilən Saleh Səmədovun 3 il müddətinə vəzifə tutmaq hüququndan məhrum edilməklə, 9 il müddətinə azadlıqdan məhrum edilməsini təklif edib.
Müdafiə vəkili çıxış üçün vaxt istəyib.
Növbəti proses oktyabrın 7-nə təyin olunub.
Xatırladaq ki, Saleh Səmədov Cinayət Məcəlləsinin 179.3.2 və 308.1-ci maddələri ilə ittiham olunur. O, ötən il mayın 13-də İmişli Rayon Ağsaqqallar Şurasının sədri vəzifəsindən azad edilib.
10-06-2026, 19:01
11-06-2026, 18:25
13-05-2026, 23:42
20-05-2026, 23:53
14-05-2025, 23:28
Sorğu
Yay istirahətini harada keçirmək niyyətindəsiniz?