Gundemxeber.az » Ölkə » Kirminal » Terrorçulara pul köçürdüyünə görə həbs edildi
Rusiyanın Penza şəhərində bir nəfər terrorizmi maliyyələşdirməkdə təqsirli bilinib.
Gundemxebertv.com xəbər verir ki, hu barədə regional prokurorluq məlumat yayıb.
O, Rusiya Federasiyası Cinayət Məcəlləsinin 205.1-ci maddəsi ("Terrorizmin maliyyələşdirilməsi") ilə təqsirli bilinib.
Məhkəmə müəyyən edib ki, 48 yaşlı yerli sakin 2022-ci ilin mayı ilə 2023-cü ilin noyabrı arasında terror təşkilatının Rusiya ərazisindəki qadağan olunmuş fəaliyyətini dəstəkləmək məqsədilə həmin təşkilatın hesabına 8600 rubl köçürüb.
Məhkəmə onu sərt rejimli islah koloniyasında səkkiz il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edib. Cəzanın ilk üç ili həbsxanada çəkilməlidir. Bundan əlavə, cinayətdə istifadə olunan mobil telefon və köçürdüyü pul vəsaiti dövlət nəfinə müsadirə edilib.
3-03-2023, 14:24
24-08-2026, 09:46
26-05-2023, 14:02
12-11-2017, 11:33
18-05-2016, 00:53
Sorğu
Hansı Antivirusdan istiafdə edirsiniz?