Gundemxeber.az » Ölkə » Kirminal » KMBİ-dən hüquq-mühafizə orqanı əməkdaşlarının adından istifadə edən dələduzlara qarşı əməliyyat
Daxili İşlər Nazirliyinin (DİN) Kibercinayətkarlıqla Mübarizə Baş İdarəsi (KMBİ) dövlət qulluqçuları və hüquq-mühafizə orqanı əməkdaşlarının adından saxta sosial şəbəkə profilləri və “WhatsApp” hesabları vasitəsilə törədilən kiberdələduzluq hallarına qarşı əməliyyat keçirib.
Xaricdəki kibercinayətkar qruplaşmalarla əlbir olmaqda şübhəli bilinən Fərid Əliyev, Asiman Zeynalov, Tofiq Əliyev, Fərid Atakişiyev, Röyal Abdullayev, Anar Məmmədov, Rəşad Hacıyev və Həmid Əliyev saxlanılıblar.
Araşdırma zamanı məlum olub ki, bu şəxslər xarici dəstə üzvlərini yerli mobil operatorlara məxsus elektron nömrələr, eləcə də qanunsuz əməliyyatlarda istifadə edilən bank kartları və digər məlumatlarla təmin ediblər. Onların onlayn satışını təşkil etdikləri kart və nömrələrdən cinayət əməllərində, həmçinin qanunsuz onlayn qumar və kazino oyunlarının təşkilində istifadə olunub. Əməliyyat zamanı qanunsuz yolla əldə edilmiş 2 mindən çox bank kartı və elektron mobil nömrə aşkarlanaraq dövriyyədən çıxarılıb.
Hazırda saxlanılan şəxslərlə bağlı əməliyyat-istintaq tədbirləri aparılır, xaricdəki cinayətkar qruplaşmanın digər üzvlərinin müəyyən edilməsi istiqamətində işlər davam etdirilir.
DİN bir daha vətəndaşlara müraciət edərək bank rekvizitlərini və mobil nömrələri üçüncü şəxslərə verməməyi tövsiyə edir. Şübhəli pul köçürmələri, SMS-lər və ya ödəniş qarşılığında kart məlumatlarının tələb olunması halları ilə qarşılaşdıqda dərhal polis orqanlarına məlumat verilməlidir.
Gundemxeber.org
10-08-2026, 20:41
10-08-2026, 17:45
6-08-2025, 17:00
28-11-2025, 12:46
17-10-2019, 13:43
Sorğu
Yay istirahətini harada keçirmək niyyətindəsiniz?