Gundemxeber.az » Ölkə » Hadisə » Lerikdə qızıl axtaranlar tutuldu - Biri qayadan yıxılıb öldü
Dünən gecə saatlarında Lerik rayonunun dağlıq ərazisində qanunsuz qazıntı işləri apararaq qızıl axtaran 3 nəfər polis tərəfindən müəyyən olunub.
DİN-in Mətbuat Xidmətinin regional qrupundan Gundemxebertv.com-a verilən məlumata görə, həmin şəxslər saxlanılarkən müqavimət göstərərək qaçmağa cəhd ediblər.
Bu zaman qaçan şəxslərdən R. Səfərov qayalıqdan dərəyə yıxılaraq aldığı xəsarətlərdən ölüb.
Digər şəxs - E. Kərimov saxlanılıb.
Hadisə yerindən deşici alətlər və dinamitə bənzər, kustar üsulla hazırlanmış partlayıcı qurğu aşkar olunaraq götürülüb.
Hazırda hadisənin digər iştirakçısının müəyyən edilərək saxlanılması istiqamətində tədbirlər davam etdirilir.
15-05-2018, 13:25
21-07-2021, 11:13
23-04-2018, 12:16
16-02-2021, 14:17
2-06-2020, 11:05
Sorğu
Yeni dizaynımız necədir?