Gundemxeber.az » Ölkə » Hadisə » Salyanda "TIR" minik maşını ilə toqquşdu - Yaralılar var
Salyanda yük maşını ilə minik avtomobilinin toqquşması nəticəsində 5 nəfər xəsarət alıb.
GundemxeberTv.com report-a istinadən xəbər verir ki, hadisə Salyan-Neftçala avtomobil yolunun rayonun Kürqaraqaşlı kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.
Belə ki, Bakının Binəqədi rayon sakini, 1985-ci il təvəllüdlü Tağıyev Sərxan Hicran oğlu idarə etdiyi "Volvo" markalı "TIR" yük maşını ilə hərəkətdə olarkən Neftçala rayonunun Ərəbqardaşbəyli kənd sakini, 1963-cü il təvəllüdlü Kərimov Əlvan Mikayıl oğlunun idarə etdiyi "VAZ-2107" markalı avtomobillə toqquşub.
Qəza nəticəsində hər iki avtomobilin sürücüsü və "VAZ-2107"nin sərnişinləri, Neftçala rayon sakinləri, 1984-cü il təvəllüdlü Eyniyeva Şəhla Ağacan qızı, 2013-cü il təvəllüdlü E.F, 2015-ci il təvəllüdlü E.R müxtəlif dərəcəli xəsarətlər alıblar.
Onlar Salyan Rayon Mərkəzi Xəstəxanasına çatdırılıblar. Faktla bağlı araşdırma aparılır.
18-09-2015, 23:16
14-11-2015, 12:25
7-10-2013, 12:30
5-11-2015, 13:03
10-02-2016, 19:25
Sorğu
Yeni dizaynımız necədir?