Gundemxeber.az » Ölkə » Cəmiyyət » AzTU tələbələri “Türk Dünyası Gənclər Görüşü”ndə iştirak edib
Türkiyənin Kocaeli şəhərində “Ortaq miras, tək ürək” şüarı altında “Türk Dünyası Gənclər Görüşü” keçirilib.
Gundemxebertv.com xəbər verir ki, türk dünyasının müxtəlif bölgələrindən alimlərin, səfirlərin, media nümayəndələrinin və 400-dən çox universitet tələbəsinin iştirak etdiyi görüşün əsas məqsədi ortaq tarix, dil, mədəniyyət və sivilizasiya irsinin qorunması, türk dövlətləri və qohum xalqlar arasında əməkdaşlığın gücləndirilməsi, eləcə də ortaq gələcəyin formalaşdırılmasında gənclərin rolunun artırılması olub.
Proqram çərçivəsində türk dünyasının gələcəyi, gənclər arasında əməkdaşlığın gücləndirilməsi, diplomatiya, ortaq tarixi yaddaş və rəqəmsal müstəvidə qarşılıqlı əlaqələrin inkişafı mövzularında panellər təşkil olunub, sessiyalar keçirilib, fikir mübadiləsi aparılıb, gələcək əməkdaşlıq imkanları müzakirə edilib, müxtəlif mədəni və sosial tədbirlər həyata keçirilib. Üç gün ərzində görüşün təşkil edildiyi məkanda türkdilli xalqların, o cümlədən Azərbaycanın milli geyimləri və mətbəx nümunələri iştirakçılara təqdim edilib.
Tədbirdə Azərbaycan Texniki Universitetini (AzTU) İnformasiya texnologiyaları və telekommunikasiya fakültəsinin tələbələri İnarə Quliyeva və Dünya İsmayılova təmsil ediblər.
Sonda tələbələrə sertifikat təqdim edilib.
25-05-2016, 13:24
3-10-2026, 12:28
17-08-2026, 10:50
20-08-2016, 15:01
8-04-2014, 10:40
Sorğu
Yeni dizaynımız necədir?