Gundemxeber.az » Ölkə » Cəmiyyət » Argentina Britaniyaya ultimatum verdi - Səbəbi isə...
Argentina Folklend adaları (Malvinas adaları) yaxınlığında neft hasilatının qarşısını almaq üçün Böyük Britaniyaya iki həftəlik ultimatum verib.
Gundemxebertv.com xəbər verir ki, bu barədə Argentina prezidentinin mətbuat xidməti məlumat yayıb.
"Argentina Respublikası Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığından Argentinanın kontinental şelfində karbohidrogen ehtiyatlarının istismarına yönəlmiş fəaliyyətlərin başlanmasının və ya davam etməsinin qarşısını almaq üçün iki həftə ərzində lazımi tədbirləri görməsini rəsmi olaraq tələb edib", - məlumatda qeyd olunub.
Argentina hakimiyyəti, Böyük Britaniya onların tələblərini yerinə yetirməsə, Beynəlxalq Dəniz Hüququ Tribunalına müraciət etmək niyyətindədir.
Mətbuat xidməti vurğulayıb ki, Folklend adalarının Britaniyanın Xarici Ərazisi kimi təyin edilməsi beynəlxalq səviyyədə tanınmır və Argentina fəaliyyətsiz qalmayacaq və "milli və beynəlxalq hüquqla tanınan bütün diplomatik, inzibati və hüquqi vasitələrdən istifadə edərək suveren hüquqlarını qətiyyətlə müdafiə etməyə" davam edəcək.
30-07-2014, 17:50
22-06-2018, 00:03
4-01-2024, 16:19
27-03-2017, 21:28
4-06-2016, 10:06
Sorğu
Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?