Gundemxeber.az » Ölkə » Cəmiyyət » Vətən müharibəsindən sonra şəhid ailələrinə və qazilərə neçə mənzil verilib?
"Şəhid ailələrinin və qazilərimzin sosial təminatının daha da gücləndirilməsi sosial siyasətin əsas prioritetlərindədir. Vətən müharibəsindən sonra dövlət tərəfindən şəhid ailələrinə 2863 mənzil verilib".
Gundemxebertv.com xəbər verir ki, bunu deputat Vüqar Bayramov deyib. O bildirib ki, həmin müddətdə, yəni, 2020-2025-ci illərdə dövlət tərəfindən qazilərimizə 3969 mənzil təqdim olunub:
"Bu o deməkdir ki, yalnız son 5 ildə şəhid ailələri və qazilərimiz dövlət tərəfidən 6832 mənzil ilə təmin edilib. Azərbaycan cəmiyyəti də hər zaman şəhid ailələrinə və qazilərimizə dəstək nümayiş etdirir. Şəhid ailələrinin və qazilərimizin sosial müdafiəsi sahəsində dövlət tərəfindən həyata keçirilən tədbirlərə əlavə dəstək verilməsi istiqamətində vətəndaş cəmiyyəti təşəbbüslərinin reallaşdırılması üçün yaradılmış “YAŞAT” Fondu tərəfindən indiyədək 19 mindən yuxarı şəxs öhdəliyə götürülüb və 96 milyona yaxın vəsait xərclənib".
26-01-2021, 13:49
16-04-2021, 12:57
22-12-2015, 13:21
28-05-2020, 16:34
23-12-2014, 00:12
Sorğu
Yeni dizaynımız necədir?