GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Ölkə » Cəmiyyət » UNEC-də Anım Gününə həsr olunan tədbir keçirilib

UNEC-də Anım Gününə həsr olunan tədbir keçirilib

Tarix: 22-09-2026, 21:13 Bölmə :Cəmiyyət Baxış: 9

Azərbaycan Dövlət İqtisad Universitetində (UNEC) 27 Sentyabr – Anım Gününə həsr olunan tədbir keçirilib.

Gundemxeber.org xəbər verir ki, tədbirdə UNEC-in rektoru, professor Ədalət Muradov, universitet kollektivi, şəhid ailələrinin üzvləri və qazilər iştirak ediblər.

Açılışdan öncə tədbir iştirakçıları UNEC-in şəhid olmuş 48 tələbə və məzununun xatirəsinə ucaldılmış Memorial Abidə Kompleksinin önünə əklil və gül dəstələri düzərək onların əziz xatirəsini ehtiramla yad ediblər.

Tədbirin rəsmi açılışında şəhidlərin unudulmaz xatirəsi bir dəqiqəlik sükutla yad edilib, Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib və Anım Gününə həsr olunan videoçarx nümayiş etdirilib.

UNEC-in rektoru, professor Ədalət Muradov çıxış edərək Anım Gününün şəhidlərimizin xatirəsinə ehtiramın ifadəsi baxımından xüsusi məna daşıdığını qeyd edərək əbədi yaşayan qəhrəmanların gələcək nəsillərə ötürdükləri mənəvi dəyərlərdən danışıb: “Biz millət olaraq, keçmişimizi unutmamağımız və gələcəyimizi xoşbəxt qurmağımız üçün şəhidlərimizi daim anmalıyıq. Şəhidlərimiz bizə dəyərlər dərsi verdilər, onlar öz gələcəyini millətinin gələcəyinə çevirdilər. Əminəm ki, ölkə Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə Qarabağda quracağımız cənnət şəhidlərimizin xatirəsinə ucaldılmış ən böyük abidələrdən biri olacaq”, – deyə rektor diqqətə çatdırıb.

Tədbirdə “Xüsusi Təyinatlıların Qaziləri, Şəhid Ailələri və Veteranları” İctimai Birliyinin Abşeron rayon filialının sədri, ehtiyatda olan zabit Süleyman Cəfərov tərəfindən rektor Ədalət Muradova “Şəhid ailələrinə göstərdiyi diqqət və qayğıya görə” Təşəkkürnamə təqdim edilib.

Şəhid Teymur Məcidzadənin anası Yasəmən Camalova çıxışında oğlunun Vətəninə və dövlətinə sonsuz bağlılığından danışıb. O, Teymurun əziz xatirəsinin ailəsi ilə yanaşı, təhsil aldığı doğma UNEC-də də daim yaşayacağını bildirib.

UNEC-in Qiyabi və əlavə təhsil mərkəzinin II kurs tələbəsi, Vətən Müharibəsi Qəhrəmanı, qazi Vüsal Yaqubov isə çıxışında məcburi köçkün ailəsində dünyaya göz açdığını, ata-baba yurdu olan Qubadlıya qalib əsgər kimi qayıtmağın ona böyük qürur hissi yaşatdığını deyib. 19 yaşında “Vətən Müharibəsi Qəhrəmanı” adına layiq görülən Vüsal Yaqubov şəhid valideynlərinin itirdikləri övladlarının timsalında xalqın sevgisi və ehtiramı ilə minlərlə oğul qazandıqlarını vurğulayıb.

Tədbirin bədii hissəsində UNEC Yaradıcılıq Mərkəzinin üzvləri olan tələbələr tərəfindən vətənpərvərlik mövzusunda şeirlər, musiqilər səsləndirilib, ədəbi-bədii kompozisiya nümayiş olunub.

Maliyyə və mühasibat fakültəsinin tələbələri Rəfiqə Caniyeva “Mən Şəhidəm, ölməmişəm”, Nərgiz Talıbova “Şəhidlər”, Mühəndislik fakültəsinin tələbəsi Reyhanə Əliyeva “Qarabağ artıq azaddır”, İqtisadiyyat və idarəetmə fakültəsinin tələbəsi Şəhanə Musayeva “Şanlı bir gün, şanlı tarix”, Rəqəmsal iqtisadiyyat fakültəsinin tələbəsi Röya Məmmədova isə “Azərbaycan əsgəri” şeirlərini səsləndiriblər.

Qiyabi və əlavə təhsil mərkəzinin tələbəsi Məhəmməd Əliyev “Xudayar” təsnifini və “Şuşanın dağları” mahnısını, Magistratura Məktəbinin tələbəsi Elxan İsgəndərov “Qarabağ”, Rəqəmsal iqtisadiyyat fakültəsinin tələbəsi Nadir Əzimli isə “Ey Vətən” mahnısını ifa ediblər.

Yaradıcılıq Mərkəzinin üzvlərinin iştirakı ilə hazırlanan “Səninlə qürur duyuram” adlı ədəbi-bədii kompozisiya tədbir iştirakçılarına duyğulu anlar yaşadıb.

Anım Gününə həsr olunan tədbir “Eşq olsun Azərbaycan Ordusuna!”, “Yaşasın Azərbaycan!” şüarları və alqış sədaları ilə başa çatıb.

  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Daxili İşlər Nazirliyində 27 Sentyabr - Anım Gününə həsr olunmuş tədbir keçirilib

    Daxili İşlər Nazirliyində 27 Sentyabr - Anım ...

    26-09-2025, 17:53

  • 
  • BSU-da Azərbaycanlıların Soyqırımı Gününə həsr olunmuş tədbir keçirilib

    BSU-da Azərbaycanlıların Soyqırımı Gününə həsr ...

    30-03-2018, 14:38

  • 
  • UNEC-də 31 Mart Azərbaycanlıların Soyqırımı Gününə həsr olunan anım tədbiri keçirilib

    UNEC-də 31 Mart Azərbaycanlıların Soyqırımı ...

    30-03-2023, 21:30

  • 
  • 1 dekabr - AİDS-lə Beynəlxalq Mübarizə gününə həsr olunmuş tədbir keçirilib - FOTO

    1 dekabr - AİDS-lə Beynəlxalq Mübarizə gününə ...

    1-12-2016, 19:40

  • 
  • Füzulidə 20 yanvar faciəsi qurbanları xatirəsi anılmışdır

    Füzulidə 20 yanvar faciəsi qurbanları xatirəsi ...

    20-01-2014, 14:20


Təqvim

«    Sentyabr 2026    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
282930 

Arxiv xəbərlər

Sentyabr 2026 (995)
Avqust 2026 (1256)
İyul 2026 (463)
İyun 2026 (419)
May 2026 (422)
Aprel 2026 (396)
Mart 2026 (361)
Fevral 2026 (419)
Yanvar 2026 (318)
Dekabr 2025 (500)
Noyabr 2025 (419)
Oktyabr 2025 (514)
Sentyabr 2025 (555)
Avqust 2025 (559)
İyul 2025 (578)
İyun 2025 (427)
May 2025 (452)
Aprel 2025 (548)
Mart 2025 (346)
Fevral 2025 (518)
Yanvar 2025 (523)
Dekabr 2024 (568)
Noyabr 2024 (572)
Oktyabr 2024 (690)
Sentyabr 2024 (594)
Avqust 2024 (652)
İyul 2024 (677)
İyun 2024 (509)
May 2024 (620)
Aprel 2024 (571)
Mart 2024 (449)
Fevral 2024 (566)
Yanvar 2024 (558)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (544)
Avqust 2023 (578)
İyul 2023 (593)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (611)
Yanvar 2023 (497)
Dekabr 2022 (634)
Noyabr 2022 (515)
Oktyabr 2022 (423)
Sentyabr 2022 (517)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (624)
May 2022 (583)
Aprel 2022 (642)
Mart 2022 (663)
Fevral 2022 (650)
Yanvar 2022 (663)
Dekabr 2021 (664)
Noyabr 2021 (659)
Oktyabr 2021 (664)
Sentyabr 2021 (604)
Avqust 2021 (503)
İyul 2021 (541)
İyun 2021 (672)
May 2021 (583)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (608)
Yanvar 2021 (564)
Dekabr 2020 (579)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (684)
Avqust 2020 (765)
İyul 2020 (765)
İyun 2020 (673)
May 2020 (641)
Aprel 2020 (806)
Mart 2020 (616)
Fevral 2020 (667)
Yanvar 2020 (527)
Dekabr 2019 (650)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (545)
Avqust 2019 (453)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (563)
Dekabr 2018 (749)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1045)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (826)
İyun 2018 (794)
May 2018 (757)
Aprel 2018 (858)
Mart 2018 (682)
Fevral 2018 (637)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1148)
Oktyabr 2017 (929)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1199)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (562)
Aprel 2017 (556)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (530)
Dekabr 2016 (513)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (401)
Avqust 2016 (340)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (279)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (489)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (529)
Aprel 2014 (428)
Mart 2014 (291)
Fevral 2014 (607)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (880)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı Antivirusdan istiafdə edirsiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: gundem-xeber@mail.ru
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu