Bakıda 57 yaşlı kişi intihar edib. Nərimanov Rayon Polis İdarəsindən verilən məlumata görə, hadisə Ağa Nemətulla küçəsi 63/65 ünvanının qarşısında baş verib.
1956-cı il təvəllüdlü Rauf Mütəllim oğlu Abdullayev qeyd olunan ünvanın qarşısında özünü qaz borusundan asıb.
Virtualaz.org-un Vesti.az-a istinadən məlumatına görə, intihar edən Rauf Abdullayev “Bank of Baku”nun əməkdaşıdır. O, noyabrın 19-da saat 20.00-da işdən çıxıb, amma evə getməyib. Rauf Abdullayevin kürəkəni polisə müraciət edib. Bu gün saat 08 radələrində isə onun meyiti istixananın qarşısındakı qaz borusundan asılmış vəziyyətdə tapılıb.
Sorğu
Yeni dizaynımız necədir?