Gundemxeber.az » Ölkə » Azərbaycan investisiya xərclərini 2 dəfə artırır
2027-ci ildə Azərbaycanda dövlət əsaslı vəsait qoyuluşunun (investisiya xərclərinin) 5,3 milyard manat olması nəzərdə tutulur.
Gundemxebertv.com xəbər verir ki, bu, Maliyyə Nazirliyinin yaxın 4 il üçün açıqladığı Ortamüddətli Xərclər Çərçivəsində əksini tapıb.
Məlumata görə, bu, 2026-ci ilin təsdiq olunmuş proqnozu ilə müqayisədə 96,3 % və yaxud təxminən 2 dəfə çoxdur.
Gələn il investisiya xərcləri iqtisadi fəaliyyət xərclərinin 59,5 %-ni təşkil edəcək. Bu il üçün proqnoz 34,4 %-dir.
İnvestisiya xərclərinin 2028-ci ildə 5,5 milyard manat, 2029-cu ildə 5,6 milyard manat, 2030-cu ildə isə 5,7 milyard manat olacağı proqnozlaşdırılır.
Xatırladaq ki, gələn il büdcə gəlirlərinin 39 milyard 254 milyon manat, xərclərinin isə 42 milyard 400 milyon manat olacağı gözlənilir.
17-09-2026, 09:04
27-08-2018, 14:32
18-08-2026, 15:23
29-09-2016, 20:57
10-12-2020, 16:03
Sorğu
Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?