Gundemxeber.az » Ölkə » Azərbaycanda bu qədər şəxsin pensiyası artacaq
"Prezident İlham Əliyev Yeni Azərbaycan Partiyasının (YAP) VIII Qurultayında çıxışı zamanı gələn il minimum əməkhaqqı, pensiyalar və sosial müavinətlərin qaldırılacağını bəyan edib. Azərbaycanın dövlət başçısı bununla bağlı göstərişin verildiyini bildirib".
Gundemxebertv.com xəbər verir ki, bunu iqtisadçı deputat Vüqar Bayramov deyib. O bildirib ki, bu növbəti sosial paketin gələn ilin əvvəllərində reallaşacağı deməkdir:
"Azərbaycanda minimum əməkhaqqı artımları artıq mütəmadi xarakter alacaq. Dövlət başçısı tərəfindən 2026-cı ilin fevralında təsdiqlənən dəyişikliyə əsasən, 2027-ci ilin fevralınadək minimum əməkhaqqının artacağı gözlənilir. Ötən il Əmək Məcəlləsinə edilən dəyişikliyə əsasən, Azərbaycanda minimum əməkhaqqı məbləğinə ildə azı bir dəfə yenidən baxılması nəzərdə tutulur. Gələn ilin yanvarından bütün növ əmək pensiyalarının indeksləşdirilərək artırılması nəzərdə tutulur. Bu, 1 milyon 100 min vətəndaşımızı əhatə edəcək. İndeksləşdirmənin yeni müzakirə edilən dəyişikliklərə əsasən, differensial həyata keçiriləcəyi gözlənilir. Dəyişikliyə əsasən, pensiya sistemində sosial haqlara əsaslanan modelin genişləndirilməsi nəzərdə tutulur.
Mövcud qaydalara əsasən, hazırda pensiyalar əvvəlki ildə orta aylıq əməkhaqqının artım faizinə indeksləşdirilir. Yenə də meyar əvvəlki ildə orta aylıq əməkhaqqının artım faizidir. Amma bununla belə, differensial yanaşma olacaq. 2027-ci ilin dövlət büdcəsindən sosial sferaya ayrılan vəsaitin həcmi ümumi xərclərin 44 faizini təşkil edəcək. Bu o deməkdir ki, 18.5 milyard manatdan çox vəsait sosial sahəyə yönəldiləcək. Bu yeni sosial paketin anonsudur".
2-09-2019, 10:29
26-12-2017, 12:15
9-02-2019, 14:10
29-12-2023, 20:07
4-09-2019, 14:19
Sorğu
Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?