GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Ölkə » BMU-nun magistrantı Çində üç müsabiqədə birinci olub

BMU-nun magistrantı Çində üç müsabiqədə birinci olub

Tarix: 21-09-2026, 16:31 Bölmə :Ölkə Baxış: 7


Bakı Mühəndislik Universiteti (BMU) ilə Pekin İnşaat Mühəndisliyi və Memarlıq Universiteti (BUCEA) arasında həyata keçirilən ikili diplom proqramının magistrantı Sənur Məmmədli növbəti uğura imza ataraq Çində süni intellekt və mədəni irs sahəsində apardığı tədqiqatlara görə üç müsabiqədə birinci dərəcəli mükafata layiq görülüb.

Gundemxeber.org xəbər verir ki, proqramın tələbəsi “IX Ümumçin 5 Dəqiqəlik Elmi Tədqiqat” müsabiqəsində, eləcə də Çin Təhsil Nazirliyinin “FLTRP · ETIC Cup” platforması çərçivəsində keçirilən “Dörd Yeni Tədqiqat” və “Qısametrajlı Video” müsabiqələrində birinci dərəcəli mükafat əldə edib.

Sənur Məmmədli ilk müsabiqədə “Dunxuan Mogao mağaralarının eroziyaya uğramış divar rəsmlərində rənglərin rəqəmsal bərpası: şərti GAN-lar və gizli diffuziya modellərinin müqayisəli tədqiqi” (“Digital Chromatic Restoration of Eroded Dunhuang Mogao Caves Murals: A Comparative Study of Conditional GANs and Latent Diffusion Models”) adlı tədqiqat işi ilə uğur qazanıb. Müsabiqənin nəticələrinə əsasən, o, Çin Akademik İngilis Dili Assosiasiyası və Fudan Universiteti Nəşriyyatı tərəfindən rəsmi sertifikatla təltif olunub.

İkinci müsabiqədə isə magistrant “Mogao modeli əsasında Şəki Xan Sarayının profilaktik mühafizəsi üçün domenə uyğunlaşdırılmış süni intellekt çərçivəsi” (“A Domain-Adaptive AI Framework for Preventive Conservation of Sheki Khan’s Palace with Mogao Model”) adlı tədqiqat işi ilə birinci dərəcəli mükafata layiq görülüb. Tədqiqat işində Çin təcrübəsi əsasında Azərbaycanın UNESCO-nun Ümumdünya İrs Siyahısına daxil edilmiş Şəki Xan Sarayının süni intellekt əsaslı, səkkiz mərhələdən ibarət profilaktik konservasiya layihəsi təqdim olunub. Sözügedən tədqiqat işi oktyabr ayında Pekin Xarici Dillər Universitetində keçiriləcək “Çində Azərbaycanşünaslıq üzrə II Beynəlxalq Akademik Konfrans”da təqdim olunmaq üçün də qəbul edilib.

Bundan əlavə, Sənur Məmmədlinin “Qısametrajlı Video” müsabiqəsinə təqdim etdiyi “Remote Similarity: From Sheki to Dunhuang” adlı video münsiflər tərəfindən 95,88 balla qiymətləndirilib və birinci dərəcəli mükafata layiq görülüb.

Videoda Azərbaycan mədəniyyəti və incəsənəti haqqında məlumat verilir, həmçinin “Bir Kəmər, Bir Yol” təşəbbüsü çərçivəsində Azərbaycan ilə Çin arasında dostluq və əməkdaşlıq münasibətlərindən bəhs olunur. Video universitetin qalib layihəsi kimi Bilibili platformasında geniş auditoriyaya təqdim edilib.

Çinin tarixi Dunxuan bölgəsində aparılan sahə tədqiqatlarının davamı olaraq, gənc tədqiqatçının hazırladığı səyahətnamə “Şanxay Nianyi Mədəniyyəti” platforması tərəfindən ingilis və Çin dillərində ictimaiyyətə təqdim edilib.

İkili diplom proqramı magistrantının bu uğurları BMU-nun dünyanın aparıcı ali təhsil və elmi-tədqiqat mərkəzləri ilə əməkdaşlığının genişləndirilməsi istiqamətində fəaliyyətlərinin nəticələrindən biridir. 

Xatırladaq ki, BMU ilə BUCEA arasında magistratura üzrə ikili diplom proqramının icrasına ötən ildən başlanılıb. Hazırda Çində təhsilini davam etdirən tələbələr proqramı bitirdikdən sonra hər iki ali məktəbin magistr diplomunu alacaqlar. 

  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • PKTU-BMU Mühəndislik fakültəsinə qəbul planı 100 faiz dolub

    PKTU-BMU Mühəndislik fakültəsinə qəbul planı 100 ...

    1-09-2026, 14:58

  • 
  • BMU təmsilçiləri Çində keçirilən beynəlxalq sərgidə qızıl medal qazanıblar

    BMU təmsilçiləri Çində keçirilən beynəlxalq ...

    31-08-2026, 17:10

  • 
  • Rüfət Əzizov onu direktor təyin etdi

    Rüfət Əzizov onu direktor təyin etdi ...

    26-08-2026, 11:29

  • 
  • İradə Gülməmmədova BMU-da keçirilən Bilik günündə iştirak edib - FOTOLAR

    İradə Gülməmmədova BMU-da keçirilən Bilik günündə ...

    16-09-2019, 17:27

  • 
  • AzTU əməkdaşı Hacettepe Universitetində elmi-tədqiqat işi aparıb

    AzTU əməkdaşı Hacettepe Universitetində ...

    2-09-2026, 17:27


Təqvim

«    Sentyabr 2026    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
282930 

Arxiv xəbərlər

Sentyabr 2026 (995)
Avqust 2026 (1256)
İyul 2026 (463)
İyun 2026 (419)
May 2026 (422)
Aprel 2026 (396)
Mart 2026 (361)
Fevral 2026 (419)
Yanvar 2026 (318)
Dekabr 2025 (500)
Noyabr 2025 (419)
Oktyabr 2025 (514)
Sentyabr 2025 (555)
Avqust 2025 (559)
İyul 2025 (578)
İyun 2025 (427)
May 2025 (452)
Aprel 2025 (548)
Mart 2025 (346)
Fevral 2025 (518)
Yanvar 2025 (523)
Dekabr 2024 (568)
Noyabr 2024 (572)
Oktyabr 2024 (690)
Sentyabr 2024 (594)
Avqust 2024 (652)
İyul 2024 (677)
İyun 2024 (509)
May 2024 (620)
Aprel 2024 (571)
Mart 2024 (449)
Fevral 2024 (566)
Yanvar 2024 (558)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (544)
Avqust 2023 (578)
İyul 2023 (593)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (611)
Yanvar 2023 (497)
Dekabr 2022 (634)
Noyabr 2022 (515)
Oktyabr 2022 (423)
Sentyabr 2022 (517)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (624)
May 2022 (583)
Aprel 2022 (642)
Mart 2022 (663)
Fevral 2022 (650)
Yanvar 2022 (663)
Dekabr 2021 (664)
Noyabr 2021 (659)
Oktyabr 2021 (664)
Sentyabr 2021 (604)
Avqust 2021 (503)
İyul 2021 (541)
İyun 2021 (672)
May 2021 (583)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (608)
Yanvar 2021 (564)
Dekabr 2020 (579)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (684)
Avqust 2020 (765)
İyul 2020 (765)
İyun 2020 (673)
May 2020 (641)
Aprel 2020 (806)
Mart 2020 (616)
Fevral 2020 (667)
Yanvar 2020 (527)
Dekabr 2019 (650)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (545)
Avqust 2019 (453)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (563)
Dekabr 2018 (749)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1045)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (826)
İyun 2018 (794)
May 2018 (757)
Aprel 2018 (858)
Mart 2018 (682)
Fevral 2018 (637)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1148)
Oktyabr 2017 (929)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1199)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (562)
Aprel 2017 (556)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (530)
Dekabr 2016 (513)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (401)
Avqust 2016 (340)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (279)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (489)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (529)
Aprel 2014 (428)
Mart 2014 (291)
Fevral 2014 (607)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (880)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Yay istirahətini harada keçirmək niyyətindəsiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: gundem-xeber@mail.ru
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu