Gundemxeber.az » Ölkə » Yevlaxda qəza oldu, sürücü belə xilas edildi
Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Bakı-Qazax avtomobil yolunun Yevlax rayon ərazisindən keçən hissəsində yol-nəqliyyat qəzasının baş verməsi və vətəndaşın avtomobildə sıxılı vəziyyətdə qalması barədə məlumat daxil olub.
Gundemxeber.org xəbər verir ki, məlumatla əlaqədar hadisə yerinə dərhal FHN-in Aran Regional Mərkəzinin xilasediciləri cəlb edilib.
Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən müəyyən olunub ki, "Kamaz" markalı yük avtomobili, "Renault” markalı avtomobildaşıyan və "Hyundai” markalı minik avtomobilinin iştirakı ilə yol-qəza hadisəsi baş verib və "Kamaz" markalı avtomobilin sürücüsü deformasiyaya uğramış maşında sıxılı vəziyyətdə qalıb.
Xilasedicilər xüsusi vasitələrin köməyi ilə yük avtomobilində sıxılı vəziyyətdə qalan sürücü, 1981-ci il təvəllüdlü Firuddinov Ramil Allahverən oğlunu xilas edərək təcili tibbi yardım briqadasına təhvil veriblər.
Hadisə ilə əlaqədar müvafiq qurumlar tərəfindən araşdırma aparılır.
8-09-2026, 13:04
16-08-2015, 23:34
30-08-2015, 12:22
20-12-2015, 20:26
15-08-2026, 11:13
Sorğu
Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?