GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Ölkə » Bir ekosistemi qızların təhsilinə dəstəyini davam etdirir - Daha 6 gənc tələbə adını qazanıb

Bir ekosistemi qızların təhsilinə dəstəyini davam etdirir - Daha 6 gənc tələbə adını qazanıb

Tarix: 17-09-2026, 12:54 Bölmə :Ölkə Baxış: 7


Bir ekosistemi Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi ilə birgə həyata keçirdiyi “Arzumuz var!” təqaüd proqramına dəstək verməyə davam edir. Proqramın məqsədi Bakı və bölgələrdən olan qızların ali təhsilə hazırlığına, şəxsi və peşəkar inkişafına, gələcək karyera seçimlərinə dəstək olmaqdır.

Gundemxeber.org xəbər verir ki, proqramın ikinci ilində daha altı iştirakçı ali məktəbə qəbul olub. Məryam Rzayeva ADİU-da statistika, Zərifə Əbdülxalıqova Qarabağ Universitetində biologiya, Şəbnəm Zülfiyeva BSU-da tərcüməçilik, Aynur Şıxverdiyeva ADPU-da məktəbəqədər təhsil, Zeynəb Kərimli və Nəzrin Abbasova isə Qərbi Kaspi Universitetində su bioehtiyatları və akvakultura ixtisasları üzrə təhsil alacaqlar. Binə, Buzovna, Qusar və Ağcabədidən olan gənclərin dördü ödənişsiz əsaslarla, ikisi isə Bir ekosisteminin dəstəyi ilə təhsil alacaq.

“Qızların təhsilinə sərmayə yatırmaq, əslində, gələcəyə edilən investisiyadır”, – deyə Bir ekosisteminin rəsmi nümayəndəsi Fərid Hidayətzadə gənclərlə görüşdə bildirib. “Bizim üçün “Arzumuz var!” təkcə təhsil imkanının yaradılması deyil. Bu, qızların potensialını kəşf etməsi, müstəqil qərarlar verməsi və cəmiyyətdə öz yerini inamla tutması üçün yaradılmış güclü bir platformadır. İnanırıq ki, bugünkü imkanlar sabahın daha intellektual və hazırlıqlı nəslini formalaşdıracaq”.

Daha sonra çıxış edən Dövlət Komitəsinin aparat rəhbəri Ceyran Rəhmətullayeva, qurumun bu istiqamətdəki fəaliyyətinə diqqət çəkib: “Dövlət Komitəsi olaraq tərəfdaşlarımızla birgə 2021-ci ildən etibarən “Qızların təhsilinə dəstək” layihəsini uğurla həyata keçiririk. Əsas məqsədimiz yüksək potensiala malik qızlarımızın ali təhsilə əlçatanlığını təmin etməkdir. Bu gün həmin layihənin önəmli qolu olan - Bir ekosistemlə birgə həyata keçirdiyimiz “Arzumuz var” proqramı çərçivəsində tələbə adı qazanan bütün qızlarımızı təbrik edir, onlara təhsil həyatlarında davamlı uğurlar arzulayıram”. 

“Arzumuz var!” proqramının dəstəyi qızların universitetə qəbul olunması ilə yekunlaşmır. Təqaüdçülər il ərzində mentorluq dəstəyi alır, stresin idarə olunması, ictimai nitq və vaxtın idarə edilməsi kimi mövzularda təlimlərə qatılırlar. Rəqəmsal bacarıqlarını inkişaf etdirmələri üçün zəruri texniki imkanlarla təmin olunan iştirakçılar real iş mühiti ilə də tanış olmaq imkanı əldə edirlər. Növbəti mərhələdə dəstək tədbirlərinin qızların şəxsi və peşəkar inkişafına yönəldilməsi nəzərdə tutulur. Onların yeni bacarıqlar qazanması, təcrübə proqramlarında iştirak etməsi və gələcək peşə seçimlərini maraq və bacarıqlarına uyğun daha inamla formalaşdırması üçün imkanlar yaradılacaq.

Hazırda proqramın İsmayıllı, Qax, Lənkəran, Qusar və Xocalıdan olan daha yeddi iştirakçısı növbəti ilin qəbul imtahanlarına hazırlaşır. Ötən il tələbə adını qazanan beş gənc isə artıq universitetdə ikinci təhsil ilinə başlayıb və Bir ekosistemi onların təhsil və inkişaf yolunda dəstəyini davam etdirir.

Bir Azərbaycanda fərdi və korporativ müştərilərin gündəlik xidmətlərdən istifadə davranışlarını kökündən dəyişən, Qafqazın ilk tam inteqrasiya olunmuş rəqəmsal ekosistemidir. Ölkənin aparıcı brendlərini – Birbank rəqəmsal mobil bankçılıq tətbiqi, Birmarket e-ticarət platforması, Milliön ödəniş terminalları və m10 rəqəmsal pul kisəsini özündə birləşdirərək 2025-ci ildə fəaliyyətə başlayan ekosistem hazırda 5 milyondan çox müştəriyə xidmət göstərir. Geniş infrastruktur imkanları, eləcə də Trendyol Azərbaycan və BakıKart-la qurulmuş strateji tərəfdaşlıqlar sayəsində Bir Azərbaycanın ilk və ən irimiqyaslı rəqəmsal ekosisteminin əsasını qoyur. 

Daha ətraflı: bir.az  

  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • UNESCO: Azərbaycan əhalisinin 70 faizi tam orta və ali təhsillidir

    UNESCO: Azərbaycan əhalisinin 70 faizi tam orta ...

    23-05-2013, 01:20

  • 
  • Bu liseyin bütün məzunları tələbə adı qazandı - 24-ü 600-dan yuxarı bal topladı

    Bu liseyin bütün məzunları tələbə adı qazandı - ...

    26-08-2026, 17:04

  • 
  • Təhsilə dəstək davam edir

    Təhsilə dəstək davam edir ...

    28-02-2017, 01:38

  • 
  • Pedaqoji Universitet tələbələrin akademik və sosial rifahını dəstəkləyir

    Pedaqoji Universitet tələbələrin akademik və ...

    14-08-2026, 10:51

  • 
  • Azercell-in növbəti Bölgə Tələbə Proqramına start verildi

    Azercell-in növbəti Bölgə Tələbə Proqramına start ...

    10-12-2015, 21:11


Təqvim

«    Sentyabr 2026    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
282930 

Arxiv xəbərlər

Sentyabr 2026 (1004)
Avqust 2026 (1256)
İyul 2026 (463)
İyun 2026 (419)
May 2026 (422)
Aprel 2026 (396)
Mart 2026 (361)
Fevral 2026 (419)
Yanvar 2026 (318)
Dekabr 2025 (500)
Noyabr 2025 (419)
Oktyabr 2025 (514)
Sentyabr 2025 (555)
Avqust 2025 (559)
İyul 2025 (578)
İyun 2025 (427)
May 2025 (452)
Aprel 2025 (548)
Mart 2025 (346)
Fevral 2025 (518)
Yanvar 2025 (523)
Dekabr 2024 (568)
Noyabr 2024 (572)
Oktyabr 2024 (690)
Sentyabr 2024 (594)
Avqust 2024 (652)
İyul 2024 (677)
İyun 2024 (509)
May 2024 (620)
Aprel 2024 (571)
Mart 2024 (449)
Fevral 2024 (566)
Yanvar 2024 (558)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (544)
Avqust 2023 (578)
İyul 2023 (593)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (611)
Yanvar 2023 (497)
Dekabr 2022 (634)
Noyabr 2022 (515)
Oktyabr 2022 (423)
Sentyabr 2022 (517)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (624)
May 2022 (583)
Aprel 2022 (642)
Mart 2022 (663)
Fevral 2022 (650)
Yanvar 2022 (663)
Dekabr 2021 (664)
Noyabr 2021 (659)
Oktyabr 2021 (664)
Sentyabr 2021 (604)
Avqust 2021 (503)
İyul 2021 (541)
İyun 2021 (672)
May 2021 (583)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (608)
Yanvar 2021 (564)
Dekabr 2020 (579)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (684)
Avqust 2020 (765)
İyul 2020 (765)
İyun 2020 (673)
May 2020 (641)
Aprel 2020 (806)
Mart 2020 (616)
Fevral 2020 (667)
Yanvar 2020 (527)
Dekabr 2019 (650)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (545)
Avqust 2019 (453)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (563)
Dekabr 2018 (749)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1045)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (826)
İyun 2018 (794)
May 2018 (757)
Aprel 2018 (858)
Mart 2018 (682)
Fevral 2018 (637)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1148)
Oktyabr 2017 (929)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1199)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (562)
Aprel 2017 (556)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (530)
Dekabr 2016 (513)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (401)
Avqust 2016 (340)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (279)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (489)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (529)
Aprel 2014 (428)
Mart 2014 (291)
Fevral 2014 (607)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (880)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: gundem-xeber@mail.ru
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu