Gundemxeber.az » Ölkə » AƏSMA-da IOSH “Təhlükəsiz İdarəetmə” təlimləri davam edir
Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının (AHİK) Əmək və Sosial Münasibətlər Akademiyasının (AƏSMA) İxtisasartırma və Kadrların İnkişafı Mərkəzində IOSH “Təhlükəsiz İdarəetmə” təlimləri davam edir.
Gundemxeber.org xəbər verir ki, təlimin ilk günündə iştirakçılara “Təhlükəsiz idarəetməyə giriş” mövzusunda məlumat verilib. Təlimçi Qərib İsmayılzadə tərəfindən keçirilən sessiyada təhlükəsiz idarəetmənin əsas prinsipləri, iş mühitində təhlükəsizliyin təmin olunmasının əhəmiyyəti və bu istiqamətdə idarəetmənin rolu barədə ətraflı məlumat təqdim edilib.
Təlim proqramı çərçivəsində iştirakçıların əməyin mühafizəsi və təhlükəsiz idarəetmə sahəsində bilik və bacarıqlarının artırılması, müasir yanaşmalarla tanışlığının təmin edilməsi nəzərdə tutulur.
IOSH “Təhlükəsiz İdarəetmə” təlimi üzrə növbəti sessiyalarda iştirakçılara müvafiq mövzular üzrə nəzəri və praktiki biliklərin verilməsi davam etdiriləcək.
12-08-2026, 15:08
7-08-2026, 16:19
8-05-2013, 14:36
9-03-2019, 15:21
11-04-2016, 12:35
Sorğu
Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?