Gundemxeber.az » Manşet » Əli Həsənovun talan etdiyi milyonlar Dubayda ortaya çıxdı! – Qızının BƏƏ-dəki dəbdəbəli biznes imperiyası (FOTO FAKTLAR)
Prezident Administrasiyasının İctimai-siyasi məsələlər şöbəsinin sabiq müdiri Əli Həsənovun dövlət büdcəsindən mənimsədiyi milyonlarla dolların taleyi bəlli olmağa başlayıb. Məlum olur ki, illərlə ölkə mətbuatına nəzarət edən eks-məmurun sərvəti indi sərhədlərdən kənarda dövriyyəyə buraxılır.
Jurnalist Cavanşir Həsənlinin yaydığı məlumata görə, Əli Həsənovun qızı (eyni zamanda deputat Səttar Mehbalıyevin keçmiş gəlini) Safiyə Mehbalıyeva Birləşmiş Ərəb Əmirliklərinin Dubay şəhərində, məşhur Jumeirah rayonundakı "First Avenue Mall" ticarət mərkəzində nəhəng qızıl-zinət və bahalı aksessuarlar mağazası açıb.
1500 kvadratmetr sahəni əhatə edən bu dəbdəbəli məkanda satışa çıxarılan brend çantalar, eksklyuziv saatlar və qiymətli zinət əşyalarının ümumi dəyərinin 3 milyon dollardan artıq olduğu bildirilir.
Mediyanı susdurub, milyonları mənimsəyənlərin Dubay "ziyafəti"
"GundemXeber" xatırladır ki, Əli Həsənovun rəhbərlik etdiyi dövrdə KİVDF (Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondu) xətti ilə dövlət büdcəsindən on milyonlarla dollar vəsaitin mənimsənildiyi vurğulanır. Mətbuatı tamamilə nəzarətə götürən sabiq şöbə müdiri, "sözəbaxan" jurnalistlərə dövlət hesabına tikilən binalardan mənzillər paylamaqla media mühitini susdurmuş, eyni zamanda bu tikinti layihələri üzərindən korrupsiya yolu ilə milyonlarla vəsait əldə etmişdi.
Aparılan araşdırmalar nəticəsində KİVDF-nin sabiq icraçı direktoru həbs olundu, Əli Həsənov isə ev dustağı kimi bir şey oldu. Lakin o, dövlət büdcəsindən mənimsədiyi nəhəng kapitalı ölkədən çıxarmağı bacarıb – oğlunu ABŞ-yə, qızını isə külli-miqdarda vəsaitlə Dubaya yerləşdirib.
Bu gün Azərbaycan xalqının büdcəsindən mənimsənilən həmin milyonlar ölkə hüdudlarından kənarda ticarət imperiyalarına çevrilərək sabiq məmurun ailəsinə yeni gəlirlər qazandırır.
"GundemXeber"
2-05-2026, 15:15
19-10-2022, 09:47
18-01-2021, 13:18
10-03-2015, 19:51
Sorğu
Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?