Gundemxeber.az » Manşet » Milyonluq Tenderlərin Gizli Şəbəkəsi: Baba Rzayevin “Sevimli” Şirkətləri Kimə Məxsusdur?
“Azərenerji” ASC cəmi bir gün ərzində ümumi dəyəri 170 milyon manatdan çox olan 13 iri satınalma müqaviləsinə imza atıb. Maraqlısı budur ki, bu nəhəng dövlət sifarişlərinin böyük hissəsi formal olaraq fərqli, mahiyyətcə isə eyni mərkəzdən idarə olunan şirkətlərə həvalə edilib.
21 sentyabr 2026-cı il tarixində “Azərenerji” ASC tərəfindən keçirilən tenderlərin yekunları diqqətçəkən məqamları ortaya çıxarıb. Qurumun sədri Baba Rzayevin rəhbərliyi altında bağlanan müqavilələrin əsas payçısı iki şirkətdir: “Azconstruction” QSC və “ELECTRO İNDUSTRİES” QSC.
Bir Günə 158 Milyonluq 4 Nəhəng Müqavilə
İri dövlət sifarişlərində aslan payı “Azconstruction” QSC-yə nəsib olub. Şirkət yalnız bir gün ərzində ümumi dəyəri 157 988 389 manat təşkil edən 4 iri tenderin qalibi elan edilib:
30 746 000 AZN: Naxçıvan MR-da ümumi gücü 50 MVt (25+25 MVt) olan GES-lərin enerjisistemə inteqrasiyası işləri;
59 996 734 AZN: Yeni tikilən Yaşma Qovşaq Yarımstansiyası (YS) üçün avadanlıqların satın alınması;
21 280 660 AZN: Mövcud 220/10/10 kV-luq Qəbələ YS-nın 220/110/10 kV-luq YS-ya keçirilməklə yenidən qurulması;
45 964 995 AZN: 110/35/10 kV-luq GİS tipli Duzsuzlaşdırma YS-nın tikintisi, enerjisistemə inteqrasiyası və Yaşma YS-da genişləndirmə işləri.
Eyni tarixdə “ELECTRO İNDUSTRİES” QSC ilə də ümumi dəyəri 14 243 661 manat olan daha 2 müqavilə imzalanıb. Beləliklə, bir gün içində 170 milyon manatdan çox dövlət vəsaiti cəmi iki şirkətin hesabına köçürülüb.
Eyni Ünvan, Eyni Rəhbərlər: Kəsişən İzlər
Dövlət Vergi Xidmətinin hüquqi şəxslərin reyestr məlumatları bu iki şirkət arasında açıq-aşkar bağlılıq olduğunu göstərir:
Ünvan Birliyi: “AZCONSTRUCTION” QSC 2020-ci ilin iyunundan, “ELECTRO İNDUSTRİES” QSC isə iyulundan etibarən tam eyni ünvanda — Bakı şəhəri, Nizami rayonu, Heydər Əliyev prospekti, ev 187B ünvanında fəaliyyət göstərir.
Ortaq Rəhbərlər: Hər iki şirkətin qanuni təmsilçiliyi müxtəlif dövrlərdə Emin Telman oğlu Qurbanov və Natiq Yaqub oğlu Qarayev kimi eyni şəxslərə həvalə olunub.
Bu faktlar hər iki qurumun faktiki olaraq tək bir mərkəzdən və eyni şəxslər tərəfindən idarə olunduğunu sübut edir.
Şirkətlərin Arxasında Kimlər Dayanır?
Aparılan araşdırmalar və elektron medianın məlumatları tender çempionlarının arxasındakı əsas fiqurlara işıq salır:
1. Qalmaqallı Mingəçevir İES Təmiri və Emin Rzayev İddiası
“ELECTRO İNDUSTRİES” QSC-nin adı daha əvvəl Mingəçevir İstilik Elektrik Stansiyasının (İES) təmiri zamanı yaranmış maliyyə qalmaqalında çəkilib. Subpodratçı “Yapsan” MMC-nin rəhbərliyi görülən işlərin müqabilində yüz minlərlə manatlıq ödənişin edilmədiyini bildirərək məhkəməyə müraciət edib. Sahibkarların iddiasına görə, ödənişlərin saxlanılması və bu qanunsuzluqların arxasında “Azərenerji” ASC-nin sədri Baba Rzayevin qardaşı Emin Rzayev dayanır.
2. Rəşad Əhmədovun Biznes İmperiyası
“AZCONSTRUCTION” QSC-nin ilk təsisçisi Bayram Kərim oğlu Əhmədov olub. Məlumata görə, o, hazırda “Azərbaycan Sənaye Sığorta” ASC-nin Direktorlar Şurasının sədri olan Rəşad Əhmədovun atasıdır. R.Əhmədovun nüfuz dairəsinə daxil olan “Electro Industries” QSC, “Verdict Service Company” MMC və “AzConstruction” QSC kimi şirkətlər illərdir ki, “Azərenerji” ASC və “Azərişıq” ASC-nin keçirdiyi çoxmilyonluq tenderlərin daimi qalibinə çevriliblər.
Bütün Oxlar Eyni Ünvana Yönəlir
Reyestr sənədlərində qanuni təmsilçi kimi müxtəlif adlar qeyd edilsə də, tenderlərin paylanma mexanizmi və çoxmilyonluq dövlət sifarişlərinin mütəmadi olaraq eyni xətt üzrə ötürülməsi bütün diqqəti “Azərenerji” ASC-nin sədri Baba Rzayevə yönəldir. Bu miqyasda dövlət vəsaitlərinin uzun illər ərzində eyni şəbəkəyə daxil olan şirkətlərə həvalə edilməsi qurum rəhbərliyi ilə podratçılar arasındakı sıx bağlılığın göstəricisi kimi qiymətləndirilir.
22-06-2021, 16:49
9-01-2024, 16:48
18-03-2021, 14:54
1-07-2019, 15:15
18-03-2019, 15:23
Sorğu
Yeni dizaynımız necədir?