Gundemxeber.az » Manşet » “AZƏRİQAZ”DA GİZLİ İMTAHAN SKANDALI: Baş binada kəsilən namizədə Ağsuda xüsusi güzəşt? – ADLAR VƏ ŞOK İDDİALAR!
“Azəriqaz” İstehsalat Birliyində kadr seçimi və imtahan prosesləri ilə bağlı ciddi narazılıq və şübhələrə yol açan yeni faktlar ortaya çıxıb. Mətbuata sızan məlumatlara görə, baş binada imtahandan keçə bilməyən namizəd üçün regional idarədə xüsusi “yaşıl işıq” yandırılıb.
Məlumata görə, yaxın günlərdə “Azəriqaz”ın əsas binasında keçirilən test imtahanında Göyçay şəhər sakini Mustafayev Zaur uğursuz nəticə göstərərək kəsilib. Lakin qalmaqal da bundan sonra başlayıb: iddia olunur ki, əsas binada uğursuzluğa düçar olan namizəd az sonra Ağsu Regional Qaz İstismar İdarəsində təkrar imtahana cəlb edilib.
Suallar əvvəlcədən verilib?
Sözügedən iddialar arasında ən diqqətçəkəni isə Zaur Mustafayevin Ağsudakı imtahana "hazırlıqlı" gətirilməsidir. Mənbələr bildirir ki, namizəd imtahan sualları ilə əvvəlcədən tanış edilib və nəticədə təkrar imtahandan "uğurla" keçməyi bacarıb.
Bu məqam haqlı olaraq böyük suallar doğurur:
Bakıda — Birliyin əsas binasında keçirilən rəsmi imtahanda uğursuz olan şəxs hansı hüquqi əsas və ya prosedurla Ağsu Regional İdarəsində təkrar imtahana buraxılıb?
Bütün namizədlər üçün vahid olan qaydalar nədən yalnız bir nəfər üçün dəyişdirilib?
Diqqət mərkəzindəki iki isim: Əfqan Yusifov və Xəqani Bəşirli
Yayılan məlumatlarda vurğulanır ki, Ağsu Regional Qaz İstismar İdarəsindəki bu təkrar imtahan prosesi Əfqan Yusifovun, “Azəriqaz” İstehsalat Birliyində isə birbaşa Xəqani Bəşirlinin nəzarəti altında həyata keçirilib.
Məsələnin tam aydınlaşdırılması, şəffaflığın bərpası üçün ilkin və təkrar imtahan protokollarının, qəbul edilən qərarların və sualların öncədən sızdırılıb-sızdırılmadığının araşdırılması vacib sayılır.
İctimaiyyət indi tək bir suala cavab gözləyir: “Azəriqaz”da imtahanlar bütün namizədlər üçün obyektiv və bərabər şəraitdə keçirilir, yoxsa "xüsusi tapşırıqlı" namizədlər üçün ayrı-ayrı qaydalar mövcuddur?
Qeyd: Gundemxeber.org redaksiyası olaraq, yazıda adıçəkilən şəxslərin və "Azəriqaz"ın rəsmi mövqeyini dərc etməyə hazır olduğumuzu bildiririk.
23-07-2017, 12:40
7-05-2017, 21:11
12-02-2014, 13:04
3-08-2020, 15:21
26-06-2017, 12:06
Sorğu
Hansı Antivirusdan istiafdə edirsiniz?