Gundemxeber.az » Manşet » SADƏ KƏNDLİLƏRƏ ZÜLM VƏ MİLYONLUQ TORPAQ TALANI: Mehdiyev-Həsənov klanının "Aqrar İmperiyası" belə ifşa edildi – ŞOK FAKTLAR
Prezident Administrasiyasının sabiq rəhbəri Ramiz Mehdiyevin dövlətə xəyanət, hakimiyyətin zorla ələ keçirilməsi və çirkli pulların yuyulması maddələri üzrə ittiham olunduğu cinayət işinin detalları açıldıqca, onun qurduğu "kölgə klanı"nın şəbəkəsi üzə çıxır. Bu kölgə imperiyasının mühüm halqalarından birinin isə Kənd Təsərrüfatı Nazirliyində formalaşdırıldığı iddia edilir.
Mənfəət və Himayə Zənciri
Sabiq PA rəhbəri Ramiz Mehdiyev və Prezidentin keçmiş köməkçisi Əli Həsənovun dəstəyi ilə Kənd Təsərrüfatı Nazirliyində öz şəbəkəsini quran əsas fiqur nazir müavini İlhamə Qədimovadır.
Gundemxeber.org-un apardığı araşdırmalar göstərir ki, bu idarəetmə klanının arxasında həm də böyük biznes maraqları dayanır. İlhamə Qədimova əmisi, "Sədərək" Ticarət Mərkəzinin sahibi Yusif Qədimbəylinin ("Sədərək Yusif") lobbiçiliyi və Ramiz Mehdiyevin birbaşa patronajlığı ilə sürətlə vəzifə pillələrinə qalxıb.
Maraq doğuran əsas məsələlərdən biri də odur ki, Əli Həsənovun keçmiş köməkçisi Mehman Qədimbəylinin İlhamə Qədimovanın əmisi oğlu olduğu bildirilir. Əli Həsənov aqrar biznesini genişləndirərkən ən böyük dəstəyi İ. Qədimovadan alıb; kəndlilərin torpaq sahələrinin ucuz qiymətə ələ keçirilməsi müqabilində media üzərindən bu klanın toxunulmazlığı təmin edilib.
Soyad Manevrləri: Qədimov, Qədiməliyev, Qədimbəyli və Qədimli kimi soyad dəyişiklikləri edən bu ailə idarəçilikdə və biznesdə böyük mövqe tutaraq torpaq və resursların mənimsənilməsində ad çıxarıb.
İnam Kərimova Qarşı Mediatik Təzyiqlər
Şəbəkənin nazirlik daxilindəki əsas məqsədlərindən biri şəffaf kadr kimi tanınan sabiq nazir İnam Kərimovun sərbəst fəaliyyətini məhdudlaşdırmaq olub. R. Mehdiyev və Ə. Həsənovun nəzarətindəki media resursları vasitəsilə İnam Kərimova qarşı davamlı qarayaxma kampaniyaları təşkil edildiyi vurğulanır.
DTX tərəfindən aparılan istintaqın materialları Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib. Məhkəmə prosesinin başlanması ilə Mehdiyev-Həsənov cütlüyünün aqrar sektordakı bu qanunsuz biznes imperiyasının daha dərin qatlarının ifşası gözlənilir.
(Ardı var)
Gundemxeber.org
8-09-2020, 20:33
15-09-2020, 09:46
26-02-2026, 22:25
18-09-2020, 12:38
11-08-2020, 15:53
Sorğu
Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?