Gundemxeber.az » Manşet » ŞOK İDDİA! Böyük rayonlar bağlı ola-ola, Gədəbəydə qanunsuz "Mal Bazarı" kimin icazəsilə açılıb? – MÜƏMMALI ƏMƏLİYYAT
Ölkənin əsas heyvandarlıq mərkəzləri sayılan Qazax, Tovuz, Ağstafa və Şəmkirdə heyvan bazarlarının fəaliyyətinə məhdudiyyət qoyulduğu, əhalinin bahalıq və çətinliklə üz-üzə qaldığı bir vaxtda Gədəbəydən şok məlumat gəlib. Şəhərin tən ortasında, heç bir rəsmi icazə olmadan qanunsuz mal bazarının fəaliyyətə başladığı iddia olunur.
Gundemxeber.org-a verilən məlumata görə, regionun iri heyvandarlıq mərkəzlərində bazarların açılmasına icazə verilmədiyi halda, Gədəbəy şəhərinin daxilində gizli və özbaşına şəkildə iri mal bazarı istifadəyə verilib.
"Milyardlar Dövriyyədədir, QİDA İsə Hər Şeyə Yaşıl İşıq Yandırır!"
Məlumata görə, Qida Təhlükəsizliyi Agentliyinin (QİDA) nümayəndələri əraziyə gələrək heç bir ciddi qadağa tətbiq etmədən bazara "fəaliyyət göstərə bilərsiniz" mesajı veriblər.
İddia olunur ki, bu qanunsuz prosesin arxasında böyük maliyyə maraqları və "multimilyarder" şəxslərin gizli sövdələşmələri dayanır. Qazax, Ağstafa, Tovuz və Şəmkir kimi böyük rayonların sakinləri heyvanlarını satmağa yer tapmadığı halda, Gədəbəydə böyük bir bazarın şəhərin mərkəzində açılması yerli camaat arasında böyük narazılıq və suallar doğurub.
"Yerevana Mal Satırıq?" – Sertifikat və Nəzarət Yoxdur!
Mənbənin bildirdiyinə görə, Gədəbəydə açılan bu bazarın ətrafında heç bir iri yaşayış və ya təsərrüfat massivi yoxdur. Bəs bu qədər mal-qara haradan gətirilir və kimlərə satılır?
"Qazaxda, Şəmkirdə, Tovuzda bazarları bağlayıb, Gədəbəyin mərkəzində qanunsuz bazar açmaq nə deməkdir? Biz Yerevana mal veririk, yoxsa kimə? Bu bazar kimin icazəsilə, hansı pulun müqabilində açılıb?" – deyə şikayətçilər vurğulayır.
Təcili Tədbir Görülməlidir!
Regional heyvandarlıq sektorunda çaşqınlıq yaradan bu məsələ ilə bağlı aidiyyəti qurumların – xüsusilə Qida Təhlükəsizliyi Agentliyinin və yerli icra hakimiyyəti orqanlarının təcili reaksiya verməsi, şəhər mərkəzindəki bu qanunsuz fəaliyyətin dərhal dayandırılması tələb olunur.
Məsələ ilə bağlı aidiyyəti qurumların da mövqeyini dərc etməyə hazırıq.
Gundemxeber.org
10-09-2013, 14:50
19-02-2019, 14:48
27-09-2019, 15:03
17-07-2019, 10:44
26-08-2026, 16:52
Sorğu
Yeni dizaynımız necədir?