Gundemxeber.az » Manşet » Gəncədə qanunsuz tikinti sökülsə də, qalıqları təmizlənmir: M.Hacıyev küçəsinin sakinləri narazıdır
Gəncə şəhəri, M.Hacıyev küçəsinin sakinləri tərəfindən gundemxeber.org-un redaksiyasına şikayət məktubu daxil olub. Müraciətdə bildirilir ki, ərazidə sakinlər üçün istirahət yeri kimi nəzərdə tutulmuş sahədə aparılan qanunsuz tikintinin qarşısı Gəncə Şəhər İcra Hakimiyyəti tərəfindən alınaraq sökülsə də, problem tam həllini tapmayıb.
2025-ci ilin sentyabr ayında sökülmüş tikintinin daşları (kubikləri) bir ildən artıqdır ki, ərazidən yığışdırılmır. Tikinti materialları və söküntü qalıqları sahə boyunca dörd bir tərəfə səpələnərək sakinlərin, xüsusilə də uşaqların və ahılların gediş-gəlişinə, eləcə də istirahətinə ciddi maneə yaradır. Təmizlənməyən bu ərazi zamanla antisanitar vəziyyətə düşüb; söküntü qalıqlarının ətrafına və daxilinə məişət tullantıları atılaraq zibilliyə çevrilib.
Məsələ ilə bağlı Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkilinin (Ombudsmanın) Aparatına müraciət edilib. Ombudsmandan vətəndaş Sabina Babanlıyaya ünvanlanan 19 avqust 2026-cı il tarixli, 2-5/2-37167/2026 nömrəli rəsmi məktubda qeyd olunur ki, Gəncə Şəhər İcra Hakimiyyətinin verdiyi cavaba əsasən, M.Hacıyev küçəsində qanunsuz tikinti işlərinin qarşısı alınıb və obyekt sökülüb.
Lakin sakinlərin bildirdiyinə görə, kağız üzərində "tikinti dayandırılıb və sökülüb" cavabı verilsə də, reallıqda ərazidə qalan daş-kəsək və antisanitariya şəraiti problemləri davam etdirir. Ərazinin faktiki olaraq tullantılardan təmizlənməməsi sakinlərin narazılığına sabəb olur.
M.Hacıyev küçəsinin çoxsaylı sakinləri aidiyyəti qurumlardan və Gəncə Şəhər İcra Hakimiyyətindən söküntü qalıqlarının təcili olaraq ərazidən daşınmasını, sahənin təmizlənərək yenidən sakinlərin istifadəsinə veriləcək abad istirahət guşəsinə çevrilməsini tələb edirlər.
Gundemxeber.org
16-01-2015, 21:50
13-02-2018, 19:25
17-05-2018, 17:26
12-12-2014, 00:17
14-08-2026, 18:00
Sorğu
Yay istirahətini harada keçirmək niyyətindəsiniz?